İspaniya klubundan örnək addım - həyatını itirən futbolçunun qızına maddi yardım

00:54 - 8 Noyabr 2026

“Tenerife” klubu hücumçu Xesus de Migelin bir yaşlı qızına 18 yaşına çatana qədər maddi dəstək göstərəcək.

Sportal.az xəbər verir ki, 30 yaşlı de Migel bu həftə İspaniya Sequndasının 12-ci turunun “Andorra” ilə oyununda rəqib komandanın qapıçısı Xesus Ovono ilə qarşılaşmanın son dəqiqələrində toqquşduqdan sonra həyatını itirib.

“Biz qıza dəstək olmaq və bütün ‘Tenerife’ ailəsinin ona kömək etməsini təmin etmək niyyətindəyik. Ən azı yetkinlik yaşına çatana qədər onun yanında olmaq istəyirik.

Bu, klubumuzun əsas səhmdarı Rayko Qarsiyanın təşəbbüsü ilə üzərimizə götürdüyümüz və tam dəstəklədiyimiz öhdəlikdir. ‘Tenerife’ klubu futbolçunun ailəsi və qızı Karla qarşısında məsuliyyət daşıyır. Biz hüquqi öhdəliklərimizin hüdudlarından kənara çıxaraq onlara hərtərəfli və mümkün qədər geniş yardım göstərəcəyik. Maddi dəstəyi artırmağın digər yollarını da nəzərdən keçiririk. Məqsədimiz baş verən faciənin ən azı maliyyə baxımından onların həyatına təsirini azaltmaqdır. Əlbəttə, hadisənin nəticələrini tamamilə aradan qaldırmaq mümkün deyil”, – deyə “Tenerife”nin baş direktoru Antonio Manuel Porro Qranados bildirib.

"The Athletic" nəşrinin məlumatına görə, futbolçunun ailəsi əsas kompensasiya olaraq təxminən 360 min avro alacaq.

Xəbər xətti