Xavinin dəvətini kimlər yerə saldı?

13:20 - 13 İyul 2013

Futbolçu bu gün özünə toy edir
 
"Barselona" klubunun futbolçusu Xavi Hernandez bu gün evlənir.
 
Sportal.az xəbər verir ki, uzun müddətdir ki, münasibətdə olduğu Nuria Sunillera ilə ailə həyatı quracaq olan ispan oyunçu toyunda xeyriyyəçi addımı ilə yadda qalacaq.
 
Belə ki, oyunçu toya dəvət olunmuş şəxslərdən hədiyyə əvəzinə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların xəstəxanasına kömək etmələrini istəyib. Mərasimdən əldə edilən gəlirlə xəstəxananın tutumu iki qat artırılacaq.
 
Xatırladaq ki, xəstə uşaqlarla yaxından maraqlanan Xavi mart ayında ziyarət etdiyi bir yeniyetməyə vuracağı qolu həsr edəcəyini bildirmişdi. Oyunçu Çempionlar Liqasında PSJ ilə matçda sözünə sadiq qalaraq fərqləndikdən sonra ona salam göndərmişdi.
 
Qeyd edək ki, "Barselona" və İspaniya milli komandasının futbolçularının dəvət edildiyi toya Karlos Puyol, Jerar Pike və sevgilisi Şakira, o cümlədən İker Kasilyas gələ bilməyəcəklərini bildiriblər.

Xəbər xətti