"Qarabağ" - "Piast" qarşılaşması canlı yayımda

03:42 - 14 İyul 2013

Təmsilçimiz Polşa klubunu qəbul edir

 

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ın evdə Polşa təmsilçisi "Piast"ı qəbul edəcəyi matç canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, futbolsevərlər Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşmanı "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
 
Qeyd edək ki, "Qarabağ" - "Piast" oyunu iyulun 18-də, saat 21:00-da başlayacaq. 

Xəbər xətti