Rəşad Sadiqov: "Xalqımız bu il bizdən daha yaxşı uğurlar gözləyir" VİDEO

21:59 - 16 İyul 2013

"Ən azından keçən ilki uğurumuzu təkrarlamalıyıq"

 

"Skenderbeu" ilə oyuna ciddi yanaşırıq. Son üç ilin çempionu olduqlarını bilirik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Rəşad Sadiqov "Skenderbeu" ilə sabahkı oyun üçün təşkli olunmuş  mətbuat konfransında deyib. Rəqiblə oyuna ciddi hazırlaşdıqlarını deyən Sadiqov sözlərinə belə davam edib:
 
"Avropa Liqasında iştirak edən komandalarımızın üçü də ikinci mərhələyə adlayıb. İndi gözlər "Neftçi"yə dikilib. Biz də ən azından keçən ilki uğurumuzu təkrarlamalıyıq. Qrup mərhələsinə də düşə bilərik. Rəqib haqqında nüəyyən məlumatımız var. Bilirik ki, sıx müdafiə olunurlar. Sürətli əks-hücumlarda da təhlükəlidirlər. Xalqımız bu il bizdən daha yaxşı uğurlar gözləyir. Buna görə də, bizdə gərginlik olacağı söylənilir. Futbolda gərginlik təbii haldır. Ancaq bu, bizə mane ola bilməz".  
 

Xəbər xətti