Marçin Broş: "Sabahkı oyuna biz də yetərincə hazırlaşmışıq" VİDEO

21:04 - 17 İyul 2013

"Burdakı oyunda yaxşı nəticə alıb, evdə rahat oynamağa çalışacağıq"

 

"Xoş gördük. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bilirəm ki, "Qarabağ"da yaxşı futbolçular var. Sabahkı oyuna biz də yetərincə hazırlaşmışıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyun öncəsi Polşa təmsilçisi "Piast"ın baş məşqçisi Marçin Broş deyib. İlk oyunda yaxşı nəticə qazanmaq istədiklərini deyən təcrübəli mütəxəssis fikrini belə izah edib:

 
"Burdakı oyunda yaxşı nəticə alıb, evdə rahat oynamağa çalışacağıq. Bildiyiniz kimi ölkələrimiz arasında temperatur fərqi var. Biz buna da hazırlaşmışıq. Bu, heç də bizim bəhanəmiz deyil. Xeyr, iki nəfər gəlməsə də, heyətdə kifayət qədər hazır futbolçular var. Onlara şans verəcəm. "Qarabağ" əvvəllər də Avroliqada çıxış edib. Heyətində yaxşı futbolçular var. Əksəriyyəti öz millilərində oynayırlar. Admir Telini də vurğulamaq lazımdı. Kapitan Rəşad Sadıqovun komandada olmağı "Qarabağ"ın xeyrinədi. Millidə 70-dən çox oyun keçirib. Bundan başqa, yarımmüdafiənin sol cinahında Riçardın oynaması da hücumlara öz təsirini göstərəcək. "Qarabağ"a hörmətlə yanaşırıq, ancaq biz də öz oyunumuzu oynayacağıq.Biz hazırda bu günümüz haqda düşünürük. Keçmişi fikirləşmirik. Gələcəyə nikbin baxırıq.
 

Xəbər xətti