Kamran Ağayev dünyanın ən yaxşı qapıçısı seçildi VİDEO

11:04 - 4 Avqust 2013

Qolkiperimiz Buffonu da geridə qoydu
 
Dünya səviyyəli mərc kontoru Bwin 2014-cü il dünya çempionatının seçmə mərhələ oyunlarında qeydə alınan ən gözəl qapıçı hərəkətlərinin seçiminin yekun nəticəsini elan edib.
 
Sportal.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, klubun və Azərbaycan millisinin üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb. Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub.
 
“Top-10”da Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan yığmalarının qapıçıları yer alıb.
10-cu pilləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, estoniyalı Sergey Pareyko (Türkiyə-Estoniya) doqquzuncu, gürcü Giorgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisindən Jonatan Joubert (Lüksemburq-Portuqaliya) beşinci pilləyə sahib çıxıb. Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya), üçüncü yer fin Lukas Hradeskiyə (Finlandiya-Fransa) qismət olub.Gürcüstan yığmasından Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb. Ağayev isə Portuqaliya-Azərbaycan oyununda qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edib. onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top sıralamada ilk pilləyə layiq görülüb. 
 

Xəbər xətti