"Foqts məni milliyə çağırsa, bu sensasiya olacaq" MÜSAHİBƏ

18:41 - 5 Avqust 2013

Asif Məmmədov: "Gərək klubdan ayrılam ki, yığmada oynayam"
 
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun Sportal.az saytına müsahibəsi
 
- Asif, mili komandaya çağrılan futbolçuların siyahısı açıqlanıb və yenə sənin adın yoxdur...
- Yenə deyəndə ki, həmişəki kimi. Mən nə deyə bilərəm ki? Çağırmır da milliyə.
 
- Müsahibələrinin birində demişdin ki, Malta ilə oyuna çağırlmağımı gözləyirəm...
- Əlbəttə gözləyirdim. Düşünürdüm ki, yoldaşlıq oyunudur. Bəlkə çağıra baxa oyunuma. Avroliqada da oynadım və qol vurdum “İnter”in heyətində. Gözlüyürdüm ki, bəlkə bundan sonra çağıra. Mənim üçün yenə maraqlıdır. Nə üçün milliyə dəvət almıram.
 
- Səncə, bunun günahkarı Foqtsdur, yoxsa başqa səbəblər var?
- Bilmirəm, millidə kim nəyə baxır, hansı məşqçi çempionatı izləyir. Məşqçilər bəlkə də ona demirlər. Ola bilər ki, deyirlər o çağırmır. Maraqlıdır.
 
- Vaqif Cavadov həmişə milli komandaya dəvət alırdı. “İnter”ə keçəndən sonra artıq onun da adı siyahıda yoxdur. Ola bilərmi ki, Foqtsun problemi məhz “İnter”lə bağlıdır?
- Hər şey ola bilər. Niyə olmur ki? Vaqifi niyə çağırmayıb? İnanıram ki, belə şey olsun. “İnter”lə olsun. Əgər komandayla problemi varsa, bizim nə günahımız? Futbolçu bunun üçün nə etməlidir ki? Əgər Vaqif Cavadov da çağrılmayıbsa, deməli nəsə var. O zaman Foqtsun “İnter”dən xoşu gəlmir.
 
- Foqts Almaniyada açıqlama vermişdi ki, Azərbaycandakı klub məşqçiləri mənə tez-tez iradlarını bildirirlər. Bəlkə Kaxaber Sxadadze ilə arasında hansısa mübahisə var?
- Əgər baş məşqçi millini düşünsə, o zaman başqa problemlərə baxmadan komandasını düşünüb lazım olan futbolçuları milliyə çağırmalıdır. Başa düşmürəm onun kiminlə nə proeblemi varsa, mən nə etməliyəm? Mən gedib milli komandama kömək etmək istəyirəm. Əgər Kaxaber Sxadadzeylə arasında fikir ayrılığı varsa, getsin sözünü ona desin. Nəyə görə bunun qurbanı biz olmalıyıq. Artıq “milliyə niyə çağırlmırsan” deyə verilən suallardan bezmişəm. Milli barədə artıq fikirləşmirəm. Siyahı çıxmamışdan öncə bilirəm ki, adım orda olmayacaq. Super oynamasam belə, xeyri yoxdur. Belə düşünürəm ki, mən oynamaq üçün gərək komandamı atam və sonra milliyə çağrılam. Komandasız qalsam, milliyə çağıracaqlar. Oynaya-oynaya çağırmıllar. 
 
- Artıq ümidini itirmisən ki, Foqts millinin baş məşqçisi olduqca, sən milliyə çağrılmayacaqsan?
- Artıq bununla barışmışam. O nə qədər orda olacaq, mən millidə oynamayacaq. Əgər Foqts məni milliyə çağırsa, bu sensasiya olacaq. 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti