"Xəzər Lənkəran" rəsmisi: "Digər futbolçularla danışıqlar gedir"

14:29 - 7 Avqust 2013

"İspan futbolçu ilə Toşak özü danışır"
 
"Xəzər Lənkəran" yay transfer pəncərəsi bağlanana qədər transferlər etmək niyyətindədir. Son uğursuzluqlar baş məşqçi Con Toşak bir neçə mövqeyə futbolçu almaq niyyətindədir.
 
Bu barədə Sportal.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu danışıb. Klub rəsmisi açıqlamasında bunları dedi:
 
"Mendeşin məsələsi alınmasa da, digər futbolçularla danışıqlar gedir. İspan futbolçu ilə Con Toşak özü danışıqlar aparır. Bu barədə yaxın günlərdə nəsə demək olar. Bilirsiz, biz məlumat verəndə ki, danışqlar aparırıq, bir çoxları durub deyirdi ki, nə oldu gəlmədi afrikalı futbolçu, ortada bir şey yoxdur. Amma bu gün Mbilla kimi oyunçu artıq "Xəzər Lənkəran"dadır. Demək ki, danışıqlar heç də asan başa gəlmir. Bu uzun prosesdir. Əlbəttə ki, transfer məsələsində gecikmşik, bunu etiraf edirik. Amma heyəti komplektləşdirmək üçün klub prezidentinin göstərişi var və bu islə məsul olan şəxslər çalışırlar ."

Xəbər xətti