Syomin: "Bu oyuna daha yaxşı hazırlaşmışdıq"

21:05 - 11 Avqust 2013

"Komandamı təbrik edirəm"
 
“Komandamı qələbə ilə təbrik edirəm. Keçən oyunda ilk hissəni yaxşı oynamamışdıq. Bu gün isə hər iki hissədə komanda əla oynadı".
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter" üzərindəki qələbədən sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin oyundan razı qaldığını bildirib:
 
Rəqib ilk oyunda məğlub olmuşdu, bu oyuna daha yaxşı hazırlaşmışdılar. Bir daha əzmkar oyuna və qələbəyə görə komandaya təşəkkür edirəm”. 

Xəbər xətti