"Vurduğumuz qollar sayılsaydı, turnir cədvəlində lider biz idik"

16:33 - 12 Avqust 2013

Emin Mehtiyev: "AZAL-la ilk tur oyununda da oxşar hal baş vermişdi"

 

“Rəvan”ı məğlub etdiyimiz, ümumiyyətlə, ardıcıl ikinci qələbəmizi qazandığımız üçün sevinirəm. Amma təəssüf ki, vurduğum təmiz qol hesaba alınmadı. AZAL-la ilk tur oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki Araz topu kənara çıxmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü".

 

Sportal.az xəbər verir ki, bu sözləri Emin Mehtiyev  klubun rəsmi saytına deyib. Mehtiyev çempionatda iki təmiz qollarını saymadıqlarını bildirib:

 

Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundan kənar vəziyyətdə olduğunu qeydə aldı. Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. Artıq iki turdur qollarımız qeydə alınmır. Düzdür, bu yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci yerdə qərarlaşmalıydı”.

Xəbər xətti