"Real" Qaret Beylin nömrəsini heç kimə vermədi

11 nömrə onun üçün saxlanıldı
 
“Real”ın bütün futbolçularının hansı nömrə altında çıxış edəcəyi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytında yeni mövsümdə oyunçuların hansı nömrəli formanı geyinəcəyi haqqında məlumat yerləşdirilib. Belə ki, futbolçular bu nömrəli futbolkalarla meydana çıxacaq: 
 
1. İker Kasilyas, 2. Rafael Varan, 3. Pepe, 4. Serxio Ramos, 5. Fabio Koentrau, 6. Sami Xedira, 7. Kriştianu Ronaldo, 8. Kaka, 9. Kərim Benzema, 10. Məsut Özil, 12. Marselo, 13. Xesus Kollado, 14. Xabi Alonso, 15. Daniel Karvahal, 16. Karlos Kazemiro, 17. Alvaro Arbeloa, 18. Naço, 19. Luka Modriç, 20. Xese, 21. Alvaro Morata, 22. Anhel Di Maria, 23. İsko, 24. Aser İlyaramendi, 25. Dieqo Lopes. 
 
Məlumdu ki, “transfer pəncərəsi” sentyabrın 2-də bağlanacaq və “Real” “Tottenhem”in futbolçusu Qaret Beylin transferi üçün hələ də danışıqları davam etdirir. Bu səbəbdən klubda 11 nömrəli formanın məhz uelsli futbolçu üçün saxlanıldığını iddia edilir. 
 
Qeyd edək ki, qapıçı Antonio Adanın nömrəsi isə hələ dəqiq bilinmir. 
Tarix: 17 Avqust [16:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio