Almaniya Bundesliqası: "Qarabağ"ın rəqibi yenə büdrədi VİDEO

03:21 - 18 Avqust 2013

"Hoffenhaym" rəqibini darmadağın etdi

 

Bu gün Almaniya Bundesliqasının II turu start götürüb.

 

Sportal.az xəbər verir ki, Avroliqanın pley-off mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqibi "Ayntraxt" doğma meydanda son çempion "Bavariya"nı qəbul edib.

Qonaqlar matçdan 1:0 hesablı qələbə qazanaraq rəqibə ikinci turda da məğlubiyyət acısı yaşadıb.

Turun ən böyük hesabı isə "Hoffenhaym"la "Hamburq" arasındakı duelloda yaşanıb. Birincilər meydandan 5:1 hesablı qələbə ilə ayrılıb.

 

II turun nəticələri ilə sizləri tanış edirik:

 

"Verder" - "Ausburq"  1:0

Qol: Mehmet Ekici, 22 

 

"Ayntraxt" - "Bavariya"  0:1

Qol: M. Mandzukiç, 13

 

"Frayburq" - "Maynz" 1:2

Qollar: Freys,71  -   Zumling,64, Muller,68

 

"Hamburq" - "Hoffenhaym" 1:5

Qollar: Van der Vart,44  - R.Firmino,5, K.Volland,51, Modeste,67, 74, Vesterqard,77

 

"Ştuttqart" - "Bayer L"  0:1

Qol: Şvab(öq), 43

 

"Volfsburq" - "Şalke"  4:0

Qollar: Knoşe,55, Viyerinha,61, Naldo,67, Kutşike, 90+1

 

"B. Münxengladbax" - "Hannover"  3:0

Qollar: Kruz,21, Kramer,55, Dams,66 

 

Xəbər xətti