"Barselona" azarkeşindən Mübariz Mənsimova tarixi hədiyyə FOTOLAR

11:53 - 4 Sentyabr 2013

"Xəzər Lənkəran" ispan mətbuatında
 
Dünən İspaniyanın məşhur idman qəzeti "Sport" "Xəzər Lənkəran"dan yazıb.
 
Belə ki, "Peña Barcelonista de Móstoles"in üzvü David Brunzel  dəvəquşu yumurtasının üzərinə "Xəzər Lənkəran"ın emblemi və Azərbaycan bayrağının rəsmini çəkib. Bu hadisə ispan mətbuatında böyük maraqla oxunub.
 
David Brunzel həmin tarixi hədiyyə haqqında fikirlərini Sportal.az-a açıqlayıb:
 
"Mən "Xəzər Lənkəran"da çalışan Aleksiz Plaza ilə yaxın dostam. O, mənə "Xəzər Lənkəran"ın formasını hədiyyə etmişdi. Mən də "Xəzər Lənkəran" klubu və prezidenti Mübariz Mənsimov üçün bu hədiyyəni hazırladım. Artıq dostum hədiyyəni klub prezidentinə verib".
 

Xəbər xətti