Yığma komandamızdan növbəti biabırçılıq

00:05 - 9 Sentyabr 2013

Millimiz darmadağın oldu

 

İsrail səfərində olan U21 millimiz 7-2 hesabı ilə məğlub olub.  

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin növbəti oyunları keçirilir. Azərbaycanın gənclərdən ibarət yığmasının yer aldığı 8-ci qrupda da bir oynanılıb.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Netanya şəhərindəki eyniadlı stadionda İsrail və Azərbaycan yığmaları qarşılaşıb. Oyun 7:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb. Yığmamızın qollarını Tuğrul Erat və Abdulla Abasiyev vurub.

Bu qrupda növbəti oyun sentyabrın 10-da isə Norveç Makedoniya ilə üz-üzə gələcək.
 
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
8 sentyabr
 
İsrail - Azərbaycan 7-2

Xəbər xətti