Rövnəq Abdullayev: "Mükafat verməyimiz doğrudur"

22:13 - 16 Sentyabr 2013

"Futbolçularımız pula görə yox, xalqa görə oynayırlar"
 
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə səfər oyunundakı 1:1 hesablı heç-heçəyə görə meydana çıxan hər futbolçuya 60 min dollar mükafat verilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Yığmamız İsrailə qarşı yaxşı oynadı. Qələbə qazana bilərdik. Amma futbolçularımız şanslardan yararlana bilmədilər. Heç-heçəyə görə futbolçulara mükafat verməyimiz doğrudu. Ancaq mükafatın 60 min dollar olması yalandı. Futbolçularımız pula görə yox, vətənə, xalqa görə oynayırlar”.

Xəbər xətti