Rauf Cabbarovla 10-cu dəfə

11:21 - 27 Sentyabr 2013

3 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə 
 
Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək "Rəvan” – AZAL qarşılaşmasının təyinatları açıqlanıb.
 
Sportal.az "Rəvan"ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-da "Bayıl” stadionunda keçiriləcək görüşü Rauf Cabbarov idarə edəcək. Ona Mehman Mahmudov və Rza Məmmədov yardım edəcək, Teymur Fərhadov isə ehtiyat hakim funksiyasını icra edəcək. AFFA nümayəndəsi qismində Adil Nadirov çıxış edəcəksə, Rövşən Əhmədov hakim-inspektor funksiyasını daşıyacaq.
 
Rauf Cabbarovun Premyer Liqada "Rəvan"la yollarının kəsişdiyi 10-cu oyun olacaq. İndiyə qədər Cabbarovun idarə etdiyi 9 Premyer Liqa matçında "Rəvan” 3 dəfə qalib gəlib, 3 dəfə yenilib və 3 dəfə heç-heçə oynayıb. Vurulan və buraxılan topların nisbətində isə müsbət saldodur – 12:10.
 
Maraqlı məqam ondan ibarətdir ki, Rauf Cabbarovun idarə etdiyi bu 9 qarşılaşma arasında AZAL-ın məğlub edildiyi görüş də var. 2011/12 mövsümünün 2011-ci ilin dekabrına təsadüf edən qarşılaşmasında "Rəvan” rəqibini 3:1 hesabı ilə üstələmişdi. 

Xəbər xətti