Syomin UEFA-nın rəsmi saytına nədən şikayətlənib?

"Əsas problem çempionatı lazımı səviyyədə reklam edilməməsidir"
 
 
“Burada xoşbəxtəm. Düzdür, komandamı daha yüksək yerlərdə görmək istərdim. Komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Xüsusən də, klub gənc futbolçuların yetişdirilməsinə böyük önəm verir. Məsələn, həftədə bir dəfə əsas komanda ilə əvəzedicilər arasında matç keçiririk. Bunun gənclərə çox faydası var”. 
 
 
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

UEFA-nın rəsmi saytına açıqlama verən rusiyalı çalışdırıcı komandasından razı olduğunu bildirib, lakin ölkə çempionatının yetərincə reklam edilmədiyindən şikayətlənib: “Azərbaycan inkişaf edir. Bakı böyük və müasir paytaxt şəhəridir. Bir çox sahələrə olduğu kimi, futbola da böyük pullar yatırılıb. Bəyənmədiyim tək şey – matçlardakı azarkeş sayıdır. Sovetlər dönəmində “Neftçi”nin oyunlarında stadionda boş yer tapmaq mümkün deyildi. Fikrimcə, burda əsas problem çempionatı lazımı səviyyədə reklam edilməməsidir. Hamı gözləyir ki, mövsümü zirvədə başa vuracağıq, ən pis halda avrokuboka vəsiqə qazanacağıq. Oyundan razı olsam da, çatışmazlıqlar da var. İstənilən halda, işimizə may ayında qiymət veriləcək”.

Qeyd edək ki, Yuri Syominin rəhbərliyi altında ilk mövsümünü keçirən “Qəbələ” 7 turdan sonra  Premyer Liqada vahid liderdir.
 
Tarix: 27 Sentyabr [17:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio