Aqil Məmmədov: "Baş hakim Elvin Əsgərovu təbrik edirəm"

18:15 - 28 Sentyabr 2013

"Hücumda zəif oynadıq"
 
"Maraqlı oyun oldu. Komandamdan razı qalsam da, nəticədən narazıyam".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"ya məğlub olan "Sumqayt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Məmmədov hakimdən narazılığını bildirib:
 
"Bakı"nı yox, hakim Elvin Əsgərovu təbrik edirəm. Bizdə əvəzolunmaz futbolçu yoxdur. Hakimliklə bağlı çox danışmaq istəmirəm. Amma onlardan narazıyam. Biz müdafiədə yaxşı oynadıq. Amma hücumumuz zəif idi".

Xəbər xətti