Zidanın Materazziyə vurduğu kəllə heykəllərlə təsvir olundu VİDEO

19:04 - 5 Oktyabr 2013

Unudulmaz hadisə tarixə salındı
 
Əlcəzair əsilli Fransa futbolçusu Zinəddin Zidana Parisdə qəribə heykəl qoyulub.
 
Sportal.az Türkiyə mətbuatına istinadənxəbər verir ki, heykəl 2006-cı ildə Dünya Çempionatının finalında Zidanın Materaziyə kəllə vurduğu anı əks etdirir.
Uzun zaman futbolçunun bu gözlənilməyən hərəkəti müzakirə olunsa da, sonradan çempionatda Marko Materazzinin Zidanın anasının və bacısının ünvanına təhqiramiz sözlər işlətdiyi və buna görə futbol ulduzundan kəllə ilə cavab aldığı bildirildi. Vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərərlə azlıqda qoymuşdu.
Ötən il özünə axın-axın ziyarətçi cəlb edən Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilən heykəlin Qətərə gətiriləcəyi xəbər verilir. Heykəl Qətərdə 2020-ci ildə keçiriləcək dünya çempionatı ərəfəsində paytaxt Dohada nümayiş etdiriləcək.
Xatırladaq ki, Materazzi ve Zidan oyun ərzində komandalarının tək qolunu vuran oyunçular olublar.

Xəbər xətti