Foqts mətbuat konfransına niyə gəlmədi ?

15:00 - 14 Oktyabr 2013

Bu gün millinin son oyunu ilə bağlı mətbuat konfransı keçirilib
 
Azərbaycan milli komandası sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sonuncu oyununu Rusiya yığmasına qarşı keçirəcək.
 
Sportal.az xəbər verir ki, bu gün bununla bağlı “Sheraton Baku Airport Hotel”də mətbuat konfransı təşkil edilib.
Lakin jurnalistlər önünə baş məşqçimiz Berti Foqts çıxmayıb. O, mətbuat nümayəndələri ilə görüşə köməkçiləri Nazim Süleymanovla Aslan Kərimovu göndərib ki, bu da səbəbsiz deyil.
Belə ki, Süleymanovla Kərimov Rusiya yığmasının seçmə mərhələdə Lüksemburqa qarşı keçirdiyi (4:0) sonuncu görüşü canlı izlədikləri üçün Foqts onların danışmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Rusiya millisinin baş məşqçisi Fabio Kapello bnu gün “Bakcell Arena”dakı açıq məşqin ardından, saat 19:30-da media mənsublarının suallarını cavablandıracaq.

Xəbər xətti