Qurban Qurbanov:"İlk hissədə oyunumuz yaxşı alınmadı"

21:25 - 20 Oktyabr 2013

"Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu. Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. "Sumqayıt" klubu stadionda çox yaxşı şərait yaradıb”.

Xəbər xətti