"AZAL komandasının ruhu var...."

22:07 - 20 Oktyabr 2013

Vaqif Sadıqov:"Hər iki komanda üçün həlledici oyun idi"
 
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov  Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilmiş "Bakı" ilə oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Oyunun çox ağır keçəcəyini biliridk. Hər iki komanda üçün həlledici oyun idi. Turnir cədvəli göstərir ki, hər iki komandada həm irəliləyiş, həm də eniş ola bilər. Qol imkanlarımız oldu, fikrimcə, heç-heçə oyunun ədalətli nəticəsidi. Bilirdik ki, hücum xətti fəal olan bir komandaya qarşı mübarizə aparacağıq. İlk hissədə müdafiədə buraxdığımız kobud səhvlər bizi ağır vəziyyətə salmışdı. AZAL komandasının ruhu var, bugünkü oyunda biz bunu bir daha sübut etdik. Ruslan Məcidovun çıxışı məni qane edir, ona görə onunla davam edirik”.

Xəbər xətti