Mançini:"Avroliqaya gedə bilərik"

01:06 - 10 Dekabr 2013

"Azarkeşlərin dəstəyinə sona qədər ehtiyacımız var"
 
"Çox çətin oyun olacaq. Rəqibimiz son matçlarda qol buraxmayıb. Məqsədimiz qapımızda qol görmədən qələbə qazanmaqdır. Çünki növbəti mərhələyə keçməyimiz üçün qalib gəlmək əsas şərtdir. Azarkeşlərin dəstəyinə sona qədər ehtiyacımız var".
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçöncəsi keçirilən mətbuat konfransında deyib.
 
Futbolda hər şeyin ola biləcəyini vurğulayan təcrübəli mütəxəssis Avropa Liqasına vəsiqə qazanmağın da onlar üçün pis nəticə olmayacağını bildirib: "Futbol mübarizə oyunudur. ÇL-də yolumuza davam etmək istəyirik. Ancaq alınmasa, Avropa Liqasına gedə bilərik".
 
Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı sabah baş tutacaq. İstanbul klubu bu görüşdə qələbə qazanarsa qrup mərhələsini ikinci olaraq tamamlayacaq.

Xəbər xətti