Konte: "Matçın burada oynanılması onlar üçün üstünlükdür" VİDEO

12:42 - 10 Dekabr 2013

"Qarşımızda güclü bir "Qalatasaray" var"
 
"Yuventus"un baş məşqçisi Antonio Konte və qapıçı Cianluicci Buffon Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında sabah baş tutacaq qarşılaşma haqda bunları deyib:
 
"Çətin bir oyuna çıxacağıq. Qarşımızda güclü bir "Qalatasaray" var. Matçın rəqibin meydanında olması onlar üçün üstünlükdür. Öz oyunumuzu nümayiş etdirərək qələbə qazanmağa çalışacağıq".
 
Buffon isə son qədər vuruşacaqlarını dilə gətirdi:
 
"Qələbə qazanmağa gəlmişik. Bunun üçün sona kimi vuraşacağıq. Pirlonun olmaması bizim xeyrimizə olmadı, amma bütün futbolçular qələbə düşünür."
 
Qeyd edək ki, "qoca sinyora" dünən "Türk Telekom Arena"da son məşqinə çıxıb.
 

Xəbər xətti