"İnter" "Sumqayıt" üçün toplandı

18:25 - 11 Dekabr 2013

"Bankirlər" bu gün məşqə çıxdı
 
Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "İnter" "Sumqayıt"ı qəbul edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün "bankirlər" hazırlıq planına uyğun olaraq saat 17.00-da məşqə çıxıb.  Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar, məşq prosesi asma və qapıya zərbələrlə davam etdi. 
 
Qeyd edək ki, “”İnter”-"Sumqayıt" matçı dekabrın 14-də saat 17.00-da başlayacaq.

Xəbər xətti