"Qalatasaray" axtardığını Braziliyada tapdı

15:04 - 18 Dekabr 2013

Aleks üçün 7 milyon
 
Qış transfer dönəminə indidən hazırlaşan "Qalatasaray" heyətini gücləndirmək üçün hərəkətə keçib.
 
Sportal.az xəbər verir ki, son çempion  Brazliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles üçün 7 milyon avro təklif edib.
 
21 yaşlı gənc oyunçu Braziliyanın ən yaxşı müdafiəçilərindən hesab olunur. O, bu mövsüm ölkə çempionatında 32 matçda forma geyib.
 
Xəbəri "Qremio"nun idman direktoru Rui Koşta da təsdiqləyib. Aleksin hazırki komandası ilə 2015-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti