"Rəvan" oyun saatını gözləyir

23:04 - 19 Dekabr 2013

Komanda son məşqini edib 

Premyer Liqanın 18-ci turunda "Simurq"u qəbul edəcək "Rəvan" oyunöncəsi son məşqinə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığa həftənin əvvəlindən başlayan komanda "Bayıl Arena”dakı çalışmalarda taktiki-texniki hazırlığa daha çox üstünlük verib.
 
 Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular ümumi qrupda qaçdıqdan, isinmə hərəkətlərini yerinə yetirdikdən sonra yüngül məşqlə kifayətlənib.
 
Qeyd edək ki, "Rəvan” – "Simurq” oyunu sabah saat 16:00-da başlayacaq və görüş "Bayıl Arena”da keçiriləcək.

Xəbər xətti