Ruslan Abışovun baş məşqçisi erməni ola bilər

01:18 - 4 Yanvar 2014

Ən real namizəd Minasyandır
 
Millimizin şərəfini qoruyan Ruslan Abışovun formasını geyindiyi "Rubin" yeni baş məşqçisinə qovuşmaq üzrədi.
 
Sportal.az xəbər verir ki, Kazan klubunun baş məşqçi postuna ən real namizəd kimi erməni mütəxəssis göstərilir.
 
Kurban Berdıyevin gedişindən sonra boş qalan posta Ermənistan yığmasının sabiq baş məşqçisi Vardan Minasyan keçəcək. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda Minasyanın tezliklə Kazan klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Xəbər xətti