"Milan"ın yeni baş məşqçisinin kimliyi bilindi

11:38 - 14 Yanvar 2014

Zeedorf cümə axşamı "Milan"a məşqçi təyin ediləcək
 
"Botafoqo"nun yarımmüdafiəçisi Klarens Zeedorf cümə axşamı "Milan"ın baş məşqçisi təyin ediləcək.
 
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rtıq prinsipial razılıq əldə edilib. 37 yaşlı hollandiyalı ilə 2 illik müqavilə imzalanacaq.
 
Hazırda tərəflər "Milan"ın keçmiş futbolçusunun məvacibi ilə bağlı danışıqlar aparırlar.
 
Zeedorf 2002-2012 aralığında Milanın heyətində oynamış , 2 dəfə Çempionlar Liqasının qalibi olmuşdu.

Xəbər xətti