"Böyükağa Hacıyev and içdi ki, Nazim Süleymanovun işinə qarışmayıb" VİDEO

15:44 - 14 Yanvar 2014

"TOP TOP" verilişinin son buraxılışı
 
Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. 
 
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan  futbolunda baş verən ən maraqlı  hadisələrə həsr olunub.
 
Proqramın bu dəfəki qonaqları "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün, "Korner.az" saytının rəhbəri Saleh Arslan, İdman Araşdırmaları Mərkəzinin yaradıcısı, lent.az saytının əməkdaşı Elşən Məmmədov və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqa klublarındakı baş məşqçi dəyişikliklərindən söhbət açılıb. Jurnalistlər "Neftçi" klubunda baş məşqçi dəyişikliyi ilə bağlı çox maraqlı faktlar açıqlayıblar. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. Qeyd edək ki, "Top-Top" proqramı hər həftənin bazar ertəsi günü saat 20:00-da "CHATBOX" kanalında canlı yayımda efirə gedir. "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.

Xəbər xətti