"Qarabağ"da gözlənilməz ayrılıq

22:39 - 15 Yanvar 2014

Emin Abbasov öz istəyi ilə klubu tərk etdi
 
Az öncə "Qarabağ" klubunda gözlənilməz ayrılıq baş tutub.
 
Belə ki, klubun bütün yaş qrupları üzrə komandaların koordinatoru Emin Abbasov öz istəyi ilə klubdan ayrılıb. Bu barədə mütəxəssisin özü "facebook" səhifəsində məlumat verib. 
 
"Bu gün "Qarabağ"dan ayrıldım. Öz istəyimlə tərk etdim klubu. "Qarabağ"a uğurlar arzulayıram. Bu 8 ay ərzində mənə dəstək olan kollektivin hər bir üzvünə də təşəkkür edirəm. "Qarabağ"ın gənc futbolçuları, məşqçiləri, işçi personalı məni bağışlayın, ümidlərinizi doğrulda bilmədim".

Xəbər xətti