"Neftçi" gücünü Ukrayna komandası ilə yoxlayacaq

08:33 - 24 Yanvar 2014

"Ağ-qaralar" "Metallurq"la üz-üzə
 
Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Ukraynanın "Metallurq" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" buna kimi Albaniyanın "Partizani" (2:0), Türkiyənin"Fənərbaxça" (0:0) və Qazaxıstanın "Tobol" klubu ilə (4:2) qarşılaşmışdı.

Xəbər xətti