"Neftçi" "Zenit"in futbolçusunu rəsmən transfer etdi

18:07 - 31 Yanvar 2014

Elvin Bədəlov "Flaqman"la müqavilə imzaladı

 

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın “Zenit” klubunun üzvü Elvin Bədəlovun “Neftçi” PFK-ya keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı “Neftçi” PFK və Rusiyanın “Zenit” klubları arasında rəsmi müqavilə imzalanıb.

Xəbər xətti