Tahir Süleymanov: "Xaqani Məmmədov deyəsən, özündən yeni qaydalar icad edib" VİDEO

15:24 - 12 Fevral 2014

"Belə olan halda oyunun dayandırılması ən dəqiq və doğru qərardı"

 

Premyer Liqanın 20-ci turunda keçirilmiş "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən hadisələr səngimək bilmir.

 

Belə ki, baş verən hadisələrlə bağlı "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov oyunun dayandırılmalı olduğunu bildirmişdi. Daha sonra isə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov meydançaya yad əşya atıldığı halda oyunun dayandırılmamasını vurğulamışdı. 

 

Bu gün isə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a  HK sədrinin fikirlərinə video faktla münasibət bildirdi:

 

"Sırf meydançaya kənar əşyaların atılması, tribunalarda təhlükəsizliyin tam təmin olunmadığı halda oyun dayandırılmalıdr. Mən başqa bir oyunu demirəm, məhz, Xaqani Məmmədovun sədrliyi dövründə "Xəzər Lənkran" - "Neftçi" görüşlərinin birində kənar əşyaların meydana atıldığını görən hakim oyunu dayandırmışdı. Bu, doğru adım idi. Təhlükəsizlik tam təmin edildikdən sonra oyun davam etdirildi. Belə olan halda oyunun dayandırılması ən dəqiq və doğru qərardır. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədəv deyəsən, özündən yeni qaydalar icad edib. Buyursun, mənim sözlərimə deyil, baş verən bu qarşılaşmaya da açıqlıq gətirsin. Bu əyani olaraq sübutdur".

 

Xəbər xətti