"Neftçi" hansı kluba yoldaşlıq oyunu keçirməyi təklif etdi ? FOTO

23:20 - 21 Fevral 2014

"Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər"
 
“Neftçi” klubu Təbrizin “Traktor Sazi” komandasını İran kubokunu qazanması münasibətilə təbrik edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" tərəfindən göndərilən rəsmi məktubda “Traktor Sazi” komandasına yoldaşlıq oyunu keçirmək təklif edilib.
 
Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub. Yazıların birində “Traktor Sazi”nin baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında “Neftçi” klubunun bu təklifinə münasibət bildirdiyi qeyd olunub: “Neftçi” ilə oyun komandamız üçün çox faydalı ola bilər”.
 
Digər məqalədə “Neftçi”nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, “Neftçi” sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı “Traktor Sazi” və “Maşın Sazi” klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.
 

Xəbər xətti