"Qarabağ"da Almeyda şoku

10:05 - 1 Mart 2014

Braziliyalı "Bakı"ya qarşı forma geyinə bilməyəcək
 
"Neftçi" üzərində inamlı qələbə qazanan "Qarabağ" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 25-ci tur "Bakı" ilə oyunda Riçard Almeydanın xidmətindən məhrum olacaq. Braziliyalı futbolçu "Neftçi"ylə matçda aldığı sarı kart üzündən cəzalı duruma düşüb və "zolaqlılar"la oyunda meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, "Qarabağ" - "Bakı" oyunu martın 9-da keçiriləcək.

Xəbər xətti