"Qəbələ" "Neftçi"nin kapitanını heyətinə qatır

01:23 - 21 Mart 2014

Sadiqov "ağ-qaralar"dan ayrılır
 
Bir müddət əvvəl "Neftçi" kapitanı Rəşad Sadiqovu zəif oyununa görə əvəzedici heyətə göndərdiyi xəbərini vermişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, kapitan bu qərarla razılaşmayıb və əvəzedicilərin məşqində iştirak etməyib. Futbolçudan narazı ola klub rəhbərliyi çarəni yarımmüdafiəçini transferə çıxarmaqda görüb.
 
Qeyd edək ki, yerli futbolçuların azlığından əziyyət çəkən "Qəbələ" millimizin üzvünü heyətinə qatmaqda maraqlıdır və yaxın günlərdə transfer üçün rəsmın "Neftçi"yə müraciət edəcək. Əyalət təmsilçisi bu transfer üçün müəyyən bir məbləğ ödəməlidir, buna da səbəb futbolçunun hələ "Neftçi" ilə ilyarımlıq  müqaviləsinin olmasıdır.

Xəbər xətti