Çempionlar Liqasında püşk atıldı

15:23 - 21 Mart 2014

1/4 finaldakı cütlüklər məlumdu

 

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələlərinin püşkü atılıb. 

Sportal.az-ın xəbərinə görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

 
Püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq.

"Barselona" - "Atletiko"

"Real" - "Borussiya"

PSJ - "Çelsi"

"Mançester Yunayted" - "Bavariya"

İlk oyunlar aprelin 1-2-də, cavab görüşləri aprelin 8-9-da keçiriləcək.

Xəbər xətti