"İstəməzdim ki, kapitan kimi mübarizə apardığım oyunda komandam uduzsun" MÜSAHİBƏ

17:00 - 3 Aprel 2014

Asif Məmmədov: "Niyə bağlanıb, qardaş?"
 
"İnter"in futbolçusu Asif Məmmədovun Sportal.az-a müsahibəsi
 
- Asif, “Rəvan”la oyuna kapitan kimi çıxmışdın. İki gün ərzində baş tutan oyunla bağlı düşüncələrin necədir?
- Məlum məsələdir ki, biz ötürmələrə üstünlük verən komandayıq. Qarlı havada texnikalı oyun nümayiş etdirmək isə mümkün deyil. Bu mənada, yaxşı ki, oyun təxirə düşdü. Oyunun təxirə salınması bizim üçün əlavə üstünlük oldu. Hesab edirəm ki, biz layiqli mübarizə aparıb, “Rəvan”ın üzərində haqq etdiyimiz  qələbəni qazandıq. 
 
- Kapitan sarğısının məsuliyyəti yəqin ki, sözünü dedi, təsirini göstərdi...
- Əlbəttə ki. Məşqçi mənə kapitan kimi mübarizə aparmağı etibar edib. Mən də onun ümidlərini doğrultmağa çalışdım.   Mən də istəməzdim ki, kapitan kimi mübarizə apardığım oyunda komandam uduzsun və ya heç-heçə etsin.
 
- Bəzi epizodlarda hiss olunurdu ki, uzun müddətdir mütəmadi oynamırsan. Əsas çatışmayan cəhətin hansıdır?
- Bir qədər oyun praktikası baxımından problemim var.  Bunu oyunun gedişində də hiss edirdim. Amma aradan qaldırmaq çətin olmayacaq. Zamanla aradan qalxacaq problemdir.
 
- “Rəvan”  döyüşən, mübarizə aparan  komandadır. Sənin rəqiblə bağlı düşüncələrin necədir?
- “Rəvan” sıradan rəqib deyil. “Bakı” kimi komandanı kubokdan kənarlaşdırıblar. Düşünürəm ki, bu gün hesab 3:0 olsa da,  oyun heç də asan keçmədi.
 
- Demək olar ki, sənin üçün milli söhbəti bağlanıb?
- Niyə bağlanıb, qardaş? Şansımı gözləyirəm. Ümidim hələ olmayıb.

Xəbər xətti