Hacıyev: "İnter"ə elə bir yara vurmuşuq ki, o, heç vaxt sağalmaz"

19:15 - 12 Aprel 2014

"Bir az formadan düşən futbolçunu tez "basdırırıq"

 

"Gərgin oyun oldu. Bilirsiniz ki, rəqiblər bir-birini tanıyır. Oyunda üstün tərəf biz idik, top dirəkdən qayıdırsa, deməli, qələbə qismətimizdə deyildi. "İnter"in ilk hissədə qol epizodu ratmadıİndi ikincilik uğrunda mübarizə "Neftçi" və "İnter" arasında gedir. "Bakı" və "Qəbələ" xal itirdilər, bir qədər ikincilik uğrunda bir az uzaqlaşdılar. Bizim də əsas məqsədimiz qarşıdakı oyunlarda qələbə qazanıb mövsümü ikinci yerdə bitirək".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "İnter"lə (2:2) oyundan sonra bildirib. O, "İnter"İ kubokdan uzaqlaşdırdıqlarını yadına salıb, Rəşad Sadiqovun da oyununu dəyərləndirib:

 

"İnter"ə elə bir yara vurmuşuq ki, o, heç vaxt sağalmaz. Bunu deyəndə onları kubokdan uzaqlaşdırmağımızı nəzərdə tuturam. Bütün komandalar, eləcə də "İnter" "Neftçi"yə qarşı ayrı cür motivasiya olur. Qaldı ki, Rəşad Sadiqovun oyununa, o, meydanda əlindən gələni etdi. Bizdə belə bir xasiyyət var ki, bir az formadan düşən futbolçunu tez "basdırırıq". Oyundan sonra videoicmala baxıb oyunçularla söhbət edəcəm"

Xəbər xətti