Premyer Liqada mövsümün ən yaxşı futbolçusu kim seçiləcək?

15:32 - 19 Aprel 2014

Bu mükafata 6 namizəd var
 
İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, siyahıda 6 futbolçunun adı yer alıb: Daniel Starric, Luis Suarez, Stiven Cerrard (hamısı “Liverpul”), Yaya Ture (“Mançester Siti”), Eden Azar (“Çelsi”) və Adam Lallana (“Sautgempton”).
 
Qalibin adı aprelin 27-də açıqlanacaq.
 
Xatırladaq ki, ötən il Premyer Liqada mövsümün ən yaxşısı adına hazırda “Real”da forma geyən, sabiq “Tottenhem”li Qaret Beyl layiq görülmüşdü. 

Xəbər xətti