"Bir müddət zədəli olmağım yersiz söhbətlərə imkan yaratdı" MÜSAHİBƏ

13:27 - 20 Aprel 2014

Əfran İsmayılov: "Bu dəfə sindromu qırmağa çalışacağıq"
 
 
“ Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayilovun  Sportal.az-a müsahibəsi
 
- Zədədən sonra özünü oyunlara hazır hiss edirsənmi?
- Hələ tam formada olmadığım  üçün oyunlara 70 faiz hazıram. Getdikcə  artırıb ə əvvəlki formama qayıdacam. 
 
- “Xəzər Lənkaran”la oyunla iki qol vurdun, bu sənə qarşıdakı oyunlara stimul verəcək? 
- Bizi qarşıda “İnter”lə ağır oyun gözləyir. Əsas rəqiblərimiz bizdən bir qədər uzaqlaşıb. Avrokuboklara vəsiqəni əldə etmək istəyiriksə, mükafatçılar sırasında yer almalıyıq. Ona görə də, “İnter”lə oyun bizim üçün böyük əhəmiyyət daşıyır. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Komanda üçün heç bir fərqi yoxdur, qolu mən və ya bir başqası vurdu.
 
- “Bakı” cari mövsümdə “İnter”ə hələ qalib gələ bilməyib. Bu dəfə tilsimi qıra biləcəksiz? 
- “İnter” sistemli şəkildə oynayan bir komandadır. Özü də son vaxtlar komanda uğurlu çıxış edir. “Neftçi” üzərində qələbədən sonra onların “iştah”ı daha da artıb. “İnter” də mövsümü mükafatçılar sırasında başa vurmaq istəyir. Düzdür, cari mövsüm qalib gələ bilməsək də, bu dəfə sindromu qırmağa çalışacağıq. Bundan başqa çıxış yolumuz  yoxdur.  Demək olar ki, bizə ən yaxın rəqib “İnter”lə “Neftçi”dir. Onlara çatmaq üçün qarşıdakı oyunlarda xal itkisinə yol verməməliyik. 
 
- Gəzən söz-söhbətlərdən belə məlum olur ki, guya Əfran İsmayılov Miliko Pantiçin ümidlərini doğrulmur. Baş məşqçi ilə aranızda nəsə problem var? 
- Onunla aramızda heç bir narazılıq yoxdur. Ola bilər ki, bir müddət zədəli olmağım yersiz söhbətlərin qarşıya çıxmasına imkan yaratdı. Ancaq Pantiçlə münasibətim yaxşıdır və baş məşqçimiz yenə də mənə güvənir. Çalışacağam ki, etimadını doğruldum və gəzən söz-səhbətlərə son qoyum.  
 
- Hətta mövsüm başa çatandan sonra sənin “Neftçi”yə keçəcəyini də deyənlər var.
- Bunlar hamısı yalandır. “Bakı” ilə hələ birillik müqaviləm var. Qarşıdakı mövsümü də bu komandada keçirmək və titul qazanamaq istəyirəm. İndi qarşıda duran əsas məqsəd “Bakı”nı avrokuboklara daşımaqdır. Deyim ki, avrokuboklar üçün də çox darıxmışam. 

Xəbər xətti