Foqts "Qarabağ"ın 7 futbolçusuna ehtiyac duydu

15:22 - 1 May 2014

Hacı Əhmədov əsas komandaya dəvət aldı
 
Azərbaycan millisi mayın 27-də ABŞ yığması ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqtsun bu oyuna hansı futbolçuları aparacağı tədricən müəyyənləşmək üzrədi. Belə ki, artıq almaniyalı mütəxəssisin Azərbaycan  Premyer Liqasının lideri "Qarabağ"dan da hansı futbolçulara dəvət göndərəcəyi bəlli olub. Foqts Ağdam klubunun 7 futbolçusunu yığmaya çağırıb. Bunlar qapıçı Fərhad Vəliyev, müdafiəçilər - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, yarımmüdafiəçilər Qara Qarayevlə Hacı Əhmədov, eləcə də hücumçu Vüqar Nadirovdu.

Xəbər xətti