"Xəzər Lənkəran"ın ilk transferi məlum oldu: Kapitan cənub klubunda

02:07 - 19 May 2014

Cavadov "Xəzər Lənkəran"a keçir
 
Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov “İnter”dən ayrılıb.
 
Sportal.az futbol11.az saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yeni klubu da artıq bəllidir.

Belə ki, millimizin üzvü artıq “Xəzər Lənkəran”la bütün məsələləri razılaşdırıb. Tərəflər artıq müqavilənin bütün detallarını müzakirə ediblər. Cavadov “Xəzər Lənkəran”da daha çox məvacib qarşılığında çıxış edəcək.

Qeyd edək ki, son mövsüm “İnter”in ən sərrast oyunçusu olan Cavadov bundan öncə “Volqa”, “Tvente”, “Qarabağ”, “Bakı” kimi klubların uğurları üçün çalışıb.

 

Xəbər xətti