"Sumqayıt"da "yarpaq tökümü": 4 futbolçu komandadan getdi

15:22 - 13 İyun 2014

Siyahıda kimlər var?
 
"Sumqayıt” klubu bu gün 4 futbolçusu ilə yollarını ayırıb.
 
Bu barədə Sportal.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. Belə ki, qışda “İnter”dən gətirilən Ramil Mansurov, “Qarabağ”dan transfer edilən Kamil Hüseynov və “Bakı”dan icarəyə götürülən Elşad Manafov bundan sonra gənclik şəhərinin komandasında çıxış etməyəcəklər. 4-cü futbolçu isə ötən mövsüm komandada forma geyinən mərkəz müdafiəçisi Adil İbrahimovdur.
 
Klub rəsmisi İbrahimovun komandadan gedişinə belə münasibət bildirdi:
 
"Klub rəhbərliyi futbolçu arasında qarşılıqlı razılşama əsasında müqaviləsi ləğv olundu. Ona görə də, növbəti mövsüm Adil İbrahimov komandada çıxış etməyəcək. Hər halda ötən mövsüm bu futbolçu "Sumqayıt"ın yüksək dəstəyində qalmasında böyük pay sahibi olub. Rəhbərlik futbolçuya öz təşəkkürünü bildirir"

Qeyd edək ki, bundan öncə Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur, Adil İbrahimov, Uğur Pamuk kimi oyunçular klubdan ayrılmışdılar.

Xəbər xətti