Subotiç və Mendi sabah "Qəbələ"yə qoşulur

00:07 - 14 İyun 2014

"Qəbələ" hazırlıqlarını davam etdirir
 
Təlim-məşq məqsədi ilə Sloveniyaya yollanan "Qəbələ" dünən adıçəkilən ölkədə ilk məşqinə çıxıb.

Sportal.az xəbər verir ki, məşqçi Sənan Qurbanovun başçılığı altında baş tutan hazırlıq prosesində komanda əsasən topsuz çalışmalar yerinə yetirib.

"Qəbələ" hazırlığını gündəlik 2 məşqlə davam etdirəcək. Hazırda düşərgədə yer almayan Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi iyunun 15-də heyətə qoşulacaq. Elə həmin gün "qırmızı-qaralar" Sloveniyada ilk sınaq oyununa çıxacaq. "Qəbələ" Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa" ilə qarşılaşacaq.

Xəbər xətti