Ruslan Abışov karyerasını digər Rusiya klubunda davam etdirə bilər

00:54 - 17 İyun 2014

Moskva klubu futbolçumuzla maraqlanır
 
Ruslan Abışovun xidmətində maraqlı olan Rusiya klubu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, millimizin üzvünü "Torpedo" heyətinə qatmaq istəyir.

Moskva klubu Abışovu icarəyə götürmək istəyir. Ruslan hazırda "Rubin" hərbərliyi ilə danışıqlar aparır. Kazan təmsilçisi razılıq versə, millimizin üzvü 6 ay icarə əsasında "Torpedo"da çıxış edəcək.


 

Xəbər xətti