Messi:"Qeyri adi çempionatdır"

22:04 - 27 İyun 2014

Argentina millisinin kapitanı Lionel Messi Braziliyada davam edən Dünya Çempionatı haqqında fikirlərini bölüşüb
 
 
Messi 20-ci dünya çempionatını qeyri-adi adlandırıb. 
 
Sportal.az xəbər verir ki, futbolçu açıqlamasında bunları deyib: "Bu dəfəki dünya çempionatının qeyri-adi olduğunu qəbul etməliyik. Gözlənilməz nəticələr turniri daha maraqlı edir". 
 
Argentina millisinin oyunu haqqında danışan 27 yaşlı ulduz futbolçu komandanın müdafiəsindəki problemlərə diqqət çəkib: 
 
"Nigeriyaya qarşı oyunda azarkeşlər üçün çox yaxşı oyun göstərdik. İndi bizə müdafiədəki problemlərimizi yaxşılaşdırmaq lazımdır. Müdafiədə stabil olsaq, daha çox qol vurmaq imkanlarımız olacaq". 
 
Qeyd edək ki, qrupda maksimum nəticə göstərən Argentina 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.

Xəbər xətti