Kaka "Milan"dan ayrıldı

22:00 - 30 İyun 2014

İtaliya klubu ulduz futbolçu ilə yollarını ayırdı
 
32 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.
 
Sportal.az xəbər verir ki, Kakanın "Milan"la müqaviləsi 2014/2015 mövsümünün sonu başa çatırdı. Onun Amerika klublarından birinə transfer olunacağı gözlənilir.
 
Xatırladaq ki, Kaka bir neçə gün əvvəl verdiyi açıqlamada İtaliya klubundan ayrılmayacağını söyləmişdi.

Xəbər xətti