Joze Mourinyo: "Ronaldonu unudun"

11:35 - 13 Sentyabr 2014

Baş məşqçidən açıqlama

 

Portuqaliyalı baş məşqçi ulduz futbolçu Kriştiano Ronaldonun "Çelsi"yə transfer olunmasının mümkünsüz olduğunu bildirib.

 

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, Joze Mourinyo öz açıqlamasında "Çelsi"nin möhtəşəm transferlər etdiyini və bu heyyətlə çox şeylər edəcəyini bildirib.

 

"Kriştiano Ronaldonu unudun. Fikrimcə onun buraya gəlməsi mümkünsüzdür." Qeyd edək ki, Mourinyo "Real Madrid"də Ronaldo ilə birgə işləyiblər.

Xəbər xətti